
Sumqayıt Tekstil Fabrikində qidadan kütləvi zəhərlənmə - SİYAHI
21 Aprel 2025
Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.
TƏBİB-dən bildirilib ki, bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, Abşeron-Xızı regional bölməsinin əməkdaşları məsələni nəzarətə götürüb:
"Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb,nəticələrlə bağlı məlumat veriləcək".
Qidadan zəhərlənənlərin kimliyi məlum olub.
1. 2004-cü il təvəllüdlü Kərimov Elgün Xankərəm oğlu,
2. 1974-cü il təvəllüdlü Poladova Gülayə Ruhulla qızı,
3. 1987-ci il təvəllüdlü Gözəlova Pərvanə Araz qızı,
4. 1994-cü il təvəllüdlü Zamanova Aytən Adil qızı,
5. 1980-ci il təvəllüdlü Gülüşova Hüsniyyə Sərvər qızı,
6. 1992-ci il təvəllüdlü Aslanova İradə Sahib qızı,
7. 1988-ci il təvəllüdlü Kərimova Şəbnəm Mahir qızı,
8. 1987-ci il təvəllüdlü Süleymanova Səməngül Əvəz qızı,
9. 2003-cü il təvəllüdlü Əlirzayeva Zeynəb Mehman qızı,
10. 1991-cı il təvəllüdlü Rüstəmov Əfqan Həsən oğlu,
11. 1987-ci il təvəllüdlü Sərdarova Nuranə Elmar qızı,
12. 2005-ci il təvəllüdlü İsmayılova Şəhanə Famil qızı,
13.1984-cü il təvəllüdlü Baloğlanova İradə Əzizağa qızı,
14. 2001-ci il təvəllüdlü İsmayılova Pərvanə Cahangir qızı,
15. 1989-cu il təvəllüdlü Məmmədov Novruz Əvəz oğlu,
16. 1988-ci il təvəllüdlü Əhmədova Gövhər Əhməd qızı,
17. 2001-ci il təvəllüdlü Həsənova Nəsibə Ayaz qızı,
18. 1982-ci il təvəllüdlü Həşimova Səbinə Əvəz qızı,
19. 1980-ci il təvəllüdlü Muradova Tərlan İsa qızıdır.