Strateji valyuta ehtiyatlarımız 88 milyard dollara çatıb
06 May 2026
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard ABŞ dolları və yaxud 3,4 % artaraq 88 milyard ABŞ dollarına çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bu ehtiyatlar 38 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,7 dəfə üstələyir", - deyə o qeyd edib.