Slovakiyanın Baş nazirinə sui-qəsd olub, vəziyyəti ağırdır
15 May 2024
Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.
[video:336557]
Bu barədə yerli mətbuat xəbər yayıb.
Məlumata görə, atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. R.Fitso sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. O, Bratislavadakı xəstəxanaya çatdırılıb.
Robert Fitsonun vəziyyəti ağır qiymətləndirilir və bu səbəbdən o, təcili olaraq Banska-Bistritsa şəhərinə aparılacaq. Bu barədə onun sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.
[video:336560]
Bildirilib ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.
Slovakiya Prezidenti Zuzana Çaputova hücumu pisləyib.