Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sırski: Ukrayna hərbçiləri Sumı vilayətinə hücumu dəf ediblər

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Sumı vilayətinə hücum cəhdini uğurla dəf edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, dövlət sərhədinə yaxın ərazilərdə və Rusiya Federasiyasının öz ərazisində intensiv döyüşlər davam edir.

"Rusiya qoşunları rəhbərliklərinin əmrini yerinə yetirərək bizi Kursk vilayətinin ərazisindən çıxarmağa və Sumı ilə sərhəddə yerləşən Ukrayna ərazilərini ələ keçirməyə çalışır. Lakin bu istiqamətdə aqressorun hücum planı Ukrayna Müdafiə Qüvvələrinin fəal və qətiyyətli əməliyyatları sayəsində növbəti dəfə puça çıxarılıb", – deyə məlumatda qeyd olunur.

Sırski vurğulayıb ki, hazırda öz fəaliyyətini məhz bu istiqamətdə cəmləşdirib.