Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyan: ABŞ-nin vitse-prezidentinin Ermənistana səfəri yeni imkanlar açacaq

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri yeni imkanlar açacaq.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Söhbət Ermənistanın təhlükəsizlik səviyyəsinin ümumi şəkildə yüksəldilməsindən və həyata keçirdiyimiz proqramdan gedir. Yəni, söhbət bir-iki il yox, onilliklər boyu davam edəcək sülhdən gedir", - o qeyd edib.

Bundan əlavə, A.Simonyan, Ermənistan və Azərbaycan arasında hazırlanmış iş sxeminə müsbət qiymət verib: "Hesab edirəm ki, əgər biz bu yolla irəliləməyə davam etsək, ölkələrimizin gələcəkdə heç bir problemi olmayacaq".