Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şimali Koreyada dar şalvar geyinmək qadağan edildi

Şimali Koreya lideri Kim Çen In ölkəsində dar şalvar geyinməyi qadağan edib.

"The SUN" nəşri xəbər verir ki, dövlət başçısı gənclərin qərbə meyl etməsindən ehtiyat etdiyi üçün bu addımı atıb.

Ölkədə fəal rol alan Sosialist Vətənpərvər Gənclər Birliyi hazırda 20-30 yaşlı şəxslərin şalvarını yoxlayır.

Dar şalvarlar geyinənlər ciddi şəkildə araşdırılır və siyahıya alınır.