
Şərurlu İsfəndiyarın oğlu həbs edildi
20 Aprel 2025
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlu həbs edilib.
Bu haqda “Unikal” məlumat yayıb. Məlumata görə, tikinti maqnatının oğlu Şahin Axundov həbs olunub.
Musavat.com isə xəbər verir ki, Şahin Axundov əvvəllər də həbs həyatı yaşayıb. Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlib.
O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbarana tutub. Xəbər portalı iddia edir ki, həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olunub, 5 il cəza çəkdikdən sonra azadlığa çıxıb. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmauıb.
Musavat.com daha sonra iddia edir ki, baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərib, uzun illər orada yaşayıb.
Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb, adı ən müxtəlif qalmaqallara qarışıb.