Logo
news content
User
Kateqoriyalar

Xəbər

Serj Sarkisyana cinayət işi açıldı: Baden-Baden kazinolarında 100 milyon dollar xərcləyib

Ermənistanın Xüsusi istintaq xidməti sabiq prezident Serj Sarkisyan barəsində cinayət işi açıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, S.Sarkisyan 2008-2017-ci illərdə prezident təyyarəsi ilə hər hansı bir zərurət olmadan Almaniyanın Baden-Baden şəhərinə səfərlərdə ittiham olunur.

Qeyd olunur ki, bəzi hallarda həmin uçuşlar əvvəlcədən administrasiyadan məlumt verilmədən həyata keçirilib.

Bir müddət əvvəl Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyan S.Sarkisyanı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittham edərək, onun Baden-Badendə kazinolarda 100 milyon dollara yaxın vəsait xərclədiyini bildirmişdi.