SEPAH-dan iddia: "İran raket arsenalının 90 faizini qoruyub saxlayıb"
01 Sentyabr 2026
İran raket arsenalının 90%-ni qoruyub saxlamağa müvəffəq olub və bu arsenal yüksək templə bərpa olunur.
"Al-Mayadeen" telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəğdi bildirib.
"Raket arsenalı yenilərinin hesabına artır, istehsal tempi isə onların istifadəsini üstələyir", - deyə o, telekanalın jurnalisti ilə söhbətində vurğulayıb.
Xatırladaq ki, avqustun 31-də İran qoşunları İordaniya ərazisindəki ABŞ hərbi bazalarına zərbələr endirib. SEPAH-dan bildirilib ki, Amerikanın iki hərbi obyektində qırıcıların yerləşmə məntəqələri və texniki xidmət infrastrukturu məhv edilib.