SEPAH: Buşehr sahillərində və Qeşm adası üzərində ABŞ PUA-sı vurulub
22 Noyabr 2026
İran Fars körfəzinin şimalında, Buşehr sahillərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb.
"SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin döyüşçüləri hava məkanını pozan düşmənə məxsus bir kəşfiyyat PUA-sını Şimali Fars körfəzində, Buşehr sahillərində dəqiq və effektiv atəşlə vuraraq məhv ediblər", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, İranın hava məkanının hər hansı şəkildə pozulması qətiyyən qəbul edilməyəcək: "Düşmənin müxtəlif kəşfiyyat və hərbi texnikalardan istifadə cəhdləri döyüşçülərin sayıqlığı, hazırlığı və qətiyyətli cavabı ilə qarşılanacaq".
Bundan əvvəl isə SEPAH Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemləri Qeşm adası üzərində ABŞ-yə məxsus "MQ-1 Predator" pilotsuz uçuş aparatını nməhv edildiyi iddia olunub
Bu barədə "Al Jazeera" telekanalı SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
"RİA Novosti" SEPAH-ın məlumatına istinadən xəbər verir ki, bu, vurulan 19-cu ABŞ PUA-sıdır.