ABŞ Prezidenti: İranla müvəqqəti deyil, daimi razılaşma əldə edəcəyəm
22 Noyabr 2026
ABŞ Prezidenti Donald Tramp İranla mümkün sülh razılaşmasının müvəqqəti deyil, daimi xarakter daşımalı olduğunu bildirib.
Amerika lideri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Mən İranla daimi xarakter daşıyan sülh razılaşması əldə edəcəyəm. Onların nüvə silahına sahib olmasına imkan verməyəcəyəm”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti həmçinin İranda hakimiyyət dəyişikliyində maraqlı olmadığını bildirib.