Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH ABŞ-nin 11 qırıcısını və təyyarəsini məhv edildiyini bildirib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) rəsmi nümayəndəsi Hüseyn Möhəbbə bəyan edib ki, iyulun 17-dən İran Silahlı Qüvvələri ABŞ-nin 11 ədəd hava hərbi texnikasını yerdə məhv edib.

Bu barədə Möhəbbə Tasnim agentliyinə müsahibəsində bildirib.

"İyulun 17-dən İran Silahlı Qüvvələri regiondakı Amerika hərbi bazalarında yerləşən və yerdə olan 11 ABŞ qırıcısını və təyyarəsini məhv edib", - deyə o əlavə edib.

Onun sözlərinə görə, SEPAH F-15 qırıcısını, P-8 Poseidon uzaqmənzilli kəşfiyyat təyyarəsini, C17 hərbi-nəqliyyat təyyarəsini və səkkiz yanacaq dolduran təyyarəni məhv edib. O əlavə edib ki, İranın hücumları zamanı 17 kəşfiyyat və döyüş pilotsuz uçuş aparatı da sıradan çıxarılıb.