Logo
news content
User
Kateqoriyalar

Xəbər

Senat yenə hökumət böhranını həll edə bilmədi

ABŞ Senatı Demokratların hökumətin maliyyələşdirilməsinin uzadılmasına dair qanun layihəsini rədd edib.

46 senator təşəbbüsün lehinə, 52 senator əleyhinə səs verib.

Hərçənd onun qəbulu üçün 60 səs lazımdır.

Bundan sonra senatorlar Nümayəndələr Palatasının əvvəllər qəbul etdiyi müvəqqəti maliyyələşdirmə qanun layihəsinin müzakirəsinə başlamaq üçün prosedur səsverməsinə keçiblər.