Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şəhidi təhqir edən şəxsi üzr istəməyə məcbur edənlər istintaqa cəlb olunub - DİN

Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Nazirlikdən verilən məlumata görə, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib.







Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.