Rusiyanın daha təyyarəsi vuruldu: pilot yanıb kömürə döndü
10 Mart 2022
Rusiyanın Hava Kosmik Qüvvələri Ukraynada itkilər verməkdə davam edir. Bu gün Ukraynanın hava hücumundan müdafiə qüvvələri daha bir Su-25SM hücum təyyarəsini vurublar. Təyyarənin qalıqlarının görüntülərini daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Telegram-kanalında paylaşıb. Təyyarənin bu gün martın 10-da səhər saatlarında vurulduğu bildirilir. Pilot sağ qalmayıb. Geraşenko “daha bir işğalçı cəhənnəmə yola salındı” yazıb.
Və pilotun yanıb kömürə dönmüş qalıqlarının, onun şleminin görüntülərini paylaşıb.
Ukrayna tərəfinin məlumatına görə bu günədək Rusiyanın Hava Kosmik Qüvvələri azı 49 döyüş təyyarəsi və 81 vertolyot itirib.