Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın bəzi bölgələrində dron təhlükəsi elan edilib

Rusiyanın Ural regionunda və Yamal-Nenetsk Muxtar Dairəsində dron təhlükəsi elan edilib.

Sverdlovsk vilayətində dron təhlükəsi elan olunması səbəbindən Yekaterinburqun Koltsevo hava limanı təyyarələrin uçuş və enişinə məhdudiyyət qoyub.

Çelyabinsk vilayətində də PUA təhlükəsi elan olunub. Əhaliyə sığınacaqlara getmək tövsiyə olunub.

Rusiyanın Başqırdıstan Respublikasında sənaye zonasına PUA zərbəsi endirildiyi, Orenburq vilayətində dron təhlükəsi elan edildiyi barədə məlumat yayılıb.