Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada təyyarənin binaya çırpılması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Onlardan üçü uşaqdır.

Bu barədə Krasnodar diyarının qubernatorunun müavini Anna Minkova məlumat verib.

Hadisə nəticəsində ümumilikdə 43 nəfər, o cümlədən 11 uşaq zərər çəkib.

Xatırladaq ki, oktyabrın 17-də Rsuiya Silahlı Qüvvələrinə məxsus Su-34 bombardmançı təyyarəsi yaşayış binasının üstünə düşüb. Nəticədə 9 mərtəbəli binanın bir hissəsi dağılıb və yanıb. Təyyarənin pilotu son anda xilas ola bilib.

Rusiya Müdafiə Nazirliyi qəzaya təyyarədə baş verən nasazlığın səbəb olduğunu bildirib.