Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada qeyri-iş günlərinin müddəti uzadılıb

Rusiyanın 5 vilayətində qeyri-iş günlərinin müddətini uzatmaq barədə qərar verilib.

“TASS” agentliyinin verdiyi xəbərinə görə, bu addımda məqsəd koronavirus pandemiyası ilə bağlı vəziyyəti sabitləşdirməkdir.

Novqorod, Kursk, Smolensk, Tomsk və Çelyabinsk vilayətlərinin rəhbərliyi bu gündən etibarən qeyri-iş günlərinin müddətini noyabrın 14-dək uzatmağa qərar veriblər.

Qeyd edək ki, oktyabrın 20-də Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə ölkə üzrə 30 oktyabrdan 7 noyabradək qeyri-iş günləri elan edilmişdi. Regionların rəhbərliyinə zəruri hallarda bu müddəti artırmaq səlahiyyəti verilib.(APA)