Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya yenidən Ukrayna şəhərlərini atəşə tutdu: Hədəf infrastruktur və mülki obyektlərdir

Noyabrın 17-də səhər saatlarında Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa, Dnepr, Xarkov vilayətlərinə raket zərbələri endirib.

UNIAN xəbər verir ki, vilayətlərdə hava hücumundan müdafiə sistemləri işə düşüb.

Raket zərbələri nəticəsində ən azı 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri aparırlar.

Məlumata görə, Ukraynanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişi dayandırılıb.

Ukraynanın Baş naziri Denis Şmıqal Rusiyanın budəfəki zərbələrinin hədəfinin ölkənin qaz hasilatı müəssisələri, xüsusilə Dneprdəki "Yujmaş" zavodu olduğunu açıqlayıb.