Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya yenidən Kiyevi vurdu: Paytaxtda yaşayış evləri dağılıb

Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində partlayışlar baş verib.

Bu barədə məlumatı “Strana” yayıb.

Raketlərdən ikisi paytaxt Kiyevdəki yaşayış binasına düşüb. Paytaxt meri Vitali Kliçko bildirib ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri paytaxt üzərində bir neçə raketi vurub.

Hadisə yerinə xilasedicilər və təcili tibb yardım briqadaları cəlb olunub.

Bununla yanaşı, ölkənin Sumı və Odessa vilayətlərində də partlayışların baş verdiyi qeyd olunur.

Ümumilikdə isə Ukraynanın bütün vilayətlərində hava hücumu təhlükəsi elan olunub.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki məlumat verilməyib.