Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub

Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib.

RBK xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.

Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiya Ukraynaya 252 hərbçinin meyitini, Ukrayna isə 23 meyiti təhvil verib.

Mübadilə faktını Ukraynanın koordinasiya qərargahı da təsdiqləyib. Oradan qeyd olunub ki, cəsədlərin qaytarılmasına Beynəlxalq Qırmızı Xaç Komitəsi köməklik göstərib.