Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynanın Oleşki şəhərini ələ keçirdi

Xerson vilayətinin Oleşki şəhəri rusiyalı hərbçilər tərəfindən ələ keçirilib.

Bu barədə şəhərin meri Yevgeni Rışuk Teleqram kanalında yazıb.

“Artıq şəhər administrasiyasının binası üzərində rus bayrağı asılıb. Onlar indi təəssüf ki, şəhərə tam daxil olurlar”, - mer qeyd edib.

Onun sözlərinə görə, Ukrayna patrulları artıq küçələrdə işləməyəcək və onları ruslar əvəz etməyə başlayacaqlar.