Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Qara dənizdə gəmiyə dron zərbəsi endirib, kapitan ölüb

Rusiya Qara dənizdə xarici ticarət gəmisinə zərbə endirib.

“UNIAN“ın xəbərinə görə, Tanzaniya bayrağı altında üzən gəmi dronla hədəfə alınıb.

Məlumata görə, gəmi hücum vaxtı Ukrayna limanı istiqamətində hərəkətdə olub.

Hücum nəticəsində gəminin kapitanı ölüb, daha 3 dənizçi isə xəsarət alıb.