Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusu Zaporojyedə xeyli itki verib

Son sutka ərzində Ukrayna hərbçiləri Zaporojye vilayətinə effektiv zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 27-də səhər saatlarına olan xülasəsində bildirilir.

Məlumata görə, Noyabrın 25-də Zaporojye vilayətinin Melitopol, Pologi və Mixaylovka yaşayış məntəqələri yaxınlığında Rusiya ordusu ciddi məğlubiyyətə məruz qalıb.

"Rusiya ordusunda 100-dən çox insan yaralanıb, 10-a yaxın müxtəlif təyinatlı hərbi texnika və 2 sursat anbarı məhv edilib", - Baş Qərargahdan bildiriblər.