Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusu Kiyevə yeni hücuma hazırlaşır

Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti bəyan edib ki, Rusiya işğalçı qüvvələri paytaxt Kiyevi tutmağa hazırlaşır. “Bu günə olan məlumata görə, düşmən qüvvələrini yenidən cəmləşdirir və Kiyevi tutmaq üçün növbəti hücum cəhdinə hazırlıq görür”, - məlumatda deyilir. O da bildirilir ki, Rusiya ordusu Kiyev vilayətinin Fastov şəhəri istiqamətində uğursuz hücum cəhdi edib, indi həmin istiqamətdə yenidən qruplaşır və hücumu davam etdirməyə çalışır.



Mühasirədə olan Mariupol şəhərində isə humanitar fəlakət hökm sürür, Rusiya ordusu artilleriya vasitələrindən və aviasiyadan şəhərə intensiv zərbələr endirir, şəhəri və onun əhalisini qəsdən məhv etməyə çalışır. “Azov” polkunun döyüşçüləri bombardmanlardan ölən dinc sakinlərin meyitlərinin küçələrdə qaldığını bildirir. Şəhərin qazı, suyu və elektriki kəsilib, sakinlər yağış suyunu yığaraq qaynadır və onu istifadə etməyə çalışır.

“İşğalçılar şəhərə humanitar karvanları buraxmır, şəhərdən isə sakinlərin “yaşıl dəhlizlə” çıxmasına imkan verilmir. Mariupol humanitar fəlakət astanasındadır”,-məlumatda deyilir. Məlumata görə şəhərdə böyük sayda bina və qurğular dağıdılıb.