Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Lvovu yenidən atəşə tutdu - Ölən və yaralananlar var

Ukraynanın Lvov şəhərində Rusiyanın raket zərbəsi nəticəsində azı 6 nəfər ölüb. Bu barədə regional hərbi administrasiyadan məlumat veriblər,

“Qərb Hava Komandanlığının məlumatına görə, səhər saatlarında Lvova dörd raket zərbəsi endirilib. Zərbələrdən üçü hərbi infrastruktur obyektlərinə, biri təkər zavoduna endirilib.

Zərbələr nəticəsində yanğınlar başlayıb. Yanğının söndürülməsi hələ də davam edir.

Obyektlərə ciddi ziyan dəyib.

Təəssüf ki, ölənlər və yaralananlar da var. Bu saata olan məlumata görə, atəş nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlar arasında bir uşaq da var.