Rusiya ilin əvvəlindən Ukraynanın 205 yaşayış məntəqəsini işğal edib
26 Sentyabr 2025
Rusiya Müdafiə Nazirliyi ilin əvvəlindən Ukraynanın 205 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirdiyini bəyan edib.
Bəyanatda deyilir ki, həmin ərazilər yanvarın 1-dən sentyabrın 25-nə qədər olan dövrdə Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçib.
Həmçinin, iddia edilir ki, Rusiya ordusu ümumilikdə Ukraynanın Donetsk, Luqansk, Xarkov, Zaporojye, Sumı, Dnepropetrovsk vilayətlərində 4714 kv.km ərazini nəzarətə götürüb.