Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya hərbi təyyarənin yaşayış binasına çırpılmasının səbəbini açıqladı

Xəbər verdiyimiz kimi, Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində “Su-34” tipli hərbi təyyarə yaşayış binasına çırpılıb. Hadisə nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub, daha 19 nəfər isə yaralanıb. Təyyarənin pilotları katapult ediblər.

Rusiya mediasının məlumatına görə, ölkənin İstintaq Komitəsi qəzanın ilkin səbəbini açıqlayıb.

Bildirilir ki, təyyarədə yaranan texniki nasazlıq onun binaya çırpılmasına səbəb olub.

“Faktla bağlı cinayət işi başlanılıb. Hazırda pilotların dindirilməsi davam etdirilir”, - deyə məlumatda qeyd olunub.