Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Donetski minalayır, Kiyev isə hücum hazırlanmadığını deyir

Ukraynanın hərbi-siyasi rəhbərliyi Donbassda hücum əməliyyatları planlaşdırmır. Bunu cümə günü Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

"Ukraynanın hərbi-siyasi rəhbərliyi ölkənin şərqində hücum əməliyyatlarını planlaşdırmır. Əraziləri işğaldan azad etmək üçün bizim üçün yeganə məqbul variant siyasi-diplomatikdir", - o, Facebook-da videomüraciətində bildirib.

Bu arada, Ukrayna kəşfiyyatı Rusiya xüsusi xidmət orqanlarının işğal edilmiş Donetskdə bir sıra sosial obyektləri minaladığı barədə məlumat əldə edib. Kəşfiyyat qeyd edir ki, işğalçıların məqsədi vəziyyəti gərginləşdirmək və Ukraynanı terror aktlarında ittiham etmək üçün zəmin hazırlamaqdır.