Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Byramov və Mirzoyanın Almatı görüşünü alqışlayıb

Rusiya mayın 10-da və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, bu danışıqlarla Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində daha bir addım atılıb.

"Biz Astananın bu istiqamətdə səylərini tam dəstəkləyirik. Tarixə nəzər salsaq, Qazaxıstan 1991-ci ilin sentyabrında Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurmaya son qoymaq üçün ilk ciddi cəhdlərdən biri olan Jeleznovodsk Bəyannaməsinin hazırlanmasına və qəbuluna mühüm töhfə verib. Almatıdakı təmasların Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsini müəyyən edən ən yüksək səviyyədə 2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlərə uyğun olması vacibdir", - rusiyalı nazir müavini vurğulayıb.