Rusiya ABŞ-a cavab verdi: Biz mövqeyimizdə israrlıyıq
17 Fevral 2022
Rusiya XİN ABŞ-ın təhlükəsizlik təminatları ilə bağlı təklifinə mövqeyini açıqlayıb. Rusiya XİN-nin rəsmi saytında istinadən xəbər verir ki, Moskva Vaşinqtonun təkliflərinə 11 səhifəlik cavab verib.
Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş Amerika tərəfinin təhlükəsizlik zəmanətləri ilə bağlı cavabına yazılı reaksiyada deyilir ki, Moskva Mərkəzi-Şərqi və Cənub-Şərqi Avropa və Baltikyanı ölkələrdə yerləşdirilən bütün ABŞ silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israrlıdır.
"Biz ABŞ-ın Mərkəzi-Şərqi, Cənub-Şərqi və Baltikyanı ölkələrdə yerləşdirilən bütün silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israr edirik. Əminik ki, bu zonalarda milli potensial kifayət qədərdir. Biz bu mövzunu Rusiya müqavilə layihəsinin 4-cü və 5-ci maddələr əsasında müzakirə etməyə hazırıq”, - deyə sənəddə deyilir.
Bundan başqa Moskva Vaşinqtona birgə yeni “təhlükəsizlik tənliyi”nin işlənib hazırlanmasını təklif edib: "Rusiya strateji məsələlərə inteqrasiyalı yanaşmanın tərəfdarı olmaqda davam edir. Biz yeni "təhlükəsizlik tənliyi"nin birgə işlənib hazırlanmasında iştirak etməyi təklif edirik".