
Roma Papası dəfn edilib
26 Aprel 2025
Roma Papası Fransisk dəfn edilib.
266-cı Roma Papasının nəşi olan tabut Santa Maria Maggiore bazilikasında qəbirə qoyulub. Dəfn mərasimi bir neçə kardinalın da daxil olduğu az insanın iştirakı ilə keçirilib.
Pontifikin məzarının necə görünəcəyinə dair fotoşəkillər bir gün əvvəl yayılıb. Mərmər lövhənin üzərində latın dilində "Fransisk" yazılıb.
Qeyd edək ki, Fransisk bu kilsədə dəfn edilmiş səkkizinci pontifik olub. Lakin sonuncu dəfn XVII əsrin ikinci yarısına təsadüf edir. Kilsə Romada, yeddi təpədən birində - Eskvilin təpəsində yerləşsə də, rəsmi olaraq Vatikanın hakimiyyəti altında hesab edilir.