Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rəisinin Türkiyəyə səfəri gözlənilir

İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalının efirində bildirib.

“Belə bir səfər hazır idi. Müəyyən səbəblərdən səfər təxirə salındı. Hazırda danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək” - deyə Kalın müsahibəsində deyib.

O, səfərin konkret vaxtını açıqlamayıb.