Logo
news content
User
Kateqoriyalar

Xəbər

Razılaşma var - Kommunikasiyalarla bağlı bənd sülh müqaviləsindən çıxarılacaq

"Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən regional kommunikasiyalar maddəsinin çıxarıldığını təsdiqləyib".

“Sputnik” xəbər verir ki, bunu açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

Bundan əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər nəqliyyat marşrutları, o cümlədən Azərbaycanı Naxçıvanla birləşdirən marşrutlar məsələsini sonrakı mərhələdə - sülh müqaviləsi imzalandıqdan sonra həll etmək barədə razılığa gəliblər.