Ramiz Mehdiyevin oğlu Kəmaləddin Heydərovun müavini vəzifəsindən azad edilib
02 Dekabr 2025
Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teymur Mehdiyevin vəzifəsindən azad olunmasını təsdiqləyiblər.
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.