Ramiz Mehdiyev YAP-dan çıxarılıb, təltiflərindən məhrum edilməsi təklif olunub
17 Oktyabr 2026
Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum olunmasını təklif edib.
İdarə Heyətinin bu gün keçirilən iclasında partiya adından belə bir təşəbbüslə çıxış edilib.
***
saat 16.57
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılıb.
Bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
***
saat 16.54
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibi formalaşıb.
Ramiz Mehdiyev Veteranlar Şurasının yeni tərkibində yer almayıb.
***
saat 16.45
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.
Bu, partiyanın VIII Qurultaydan sonra ilk iclasıdır.