Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qordon etiraf etd: "Putinin şəxsi düşməniyəm, ailəmi ölkədən çıxarmışam"

Ukraynalı jurnalist Dmitri Qordon Qərbin Rusiyanın ölkəyə “işğal etməsi” ilə bağlı proqnozları fonunda ailə üzvlərini Ukraynadan çıxardığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşından başqa bütün qohumları Avstriyaya gedib - bu işdə jurnalistə ukraynalı oliqarx Rinat Axmetov kömək edib.

“Mən Rusiya prezidenti Vladimir Putinin və Kreml bandasının şəxsi düşməni olduğum üçün ilk növbədə ailəmə zərbə dəyə bilər”, – Qordon “Ukrayna 24” telekanalının efirində bildirib.



 

Onun sözlərinə görə, yaxınları Ukrayna ərazisindən çıxarıldıqdan sonra o, “mübarizə haqqında sərbəst düşünə bilər”. Eyni zamanda jurnalist övladlarının, qayınanası, atası və həyat yoldaşının babasının Avstriyaya getdiyini də vurğulayıb.

Dmitri Qordon daha çox müxtəlif siyasi və mədəniyyət xadimləri ilə müsahibələri ilə tanınır. Jurnalist Rusiyaya qarşı tənqidi mövqe tutur, xüsusən də respublikaya “rus işğalı”ndan danışaraq “Ukrayna torpağından keçənləri öldürəcəyini” vəd edib.

Daha əvvəl bildirilib ki, Kiyevdə ukraynalı jurnalist Qordonun ofisinin pəncərəsini atəşə tutublar.