Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qlobal inflyasiya bu il 7,1 % olacaq

Qlobal inflyasiyanın bu il 7,1 %-ə, 2024-cü ildə 5,8 %-ə enəcəyi gözlənilir.

Bu barədə Alman İqtisadi Tədqiqatlar İnstitutu (İFO) və İsveçrə İqtisadi Siyasət İnstitutunun (KOF) "İqtisadçılar Sorğusu"nun dekabr sayında bildirilib.

Məlumata görə, qlobal inflyasiya 2026-cı ildə isə 4,5 %-ə enəcəyi proqnozlaşdırılıb.

Bu il Qərbi Avropa regionunda inflyasiyanın 5,4 %, Şimali Amerikada 5,2 % və Cənub-Şərqi Asiyada isə 5,3 % olması gözlənilir ki, bu da qlobal orta göstəricidən xeyli aşağıdır.

Bunun əksinə, 2023-cü ildə Cənubi Asiyada inflyasiyanın 23 %, Cənubi Amerikada 25 %, Şimali Afrika 32 % və Şərqi Afrika 35 % olmaqla qlobal orta göstəricidən yüksək olacaq.

Qeyd edək ki, sorğuda 133 ölkədən 1 537 iqtisadçı iştirak edib.