Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qəzada sağ çıxdı, amma köməyə gələn kran öldürdü - Salyanda olay

Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.

Hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır. (Report)