Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qətər şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb edilə bilər

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərində Qətər şirkətlərinin cəlb olunması potensialı müzakirə edilib.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş zamanı iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq müzakirə edilib. C.Bayramov bildirib ki, turizm sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. O bildirib ki, COVID-19 ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra turizm sahəsində əməkdaşlıq əvvəlki səviyyəyə gələcək və daha da inkişaf edəcək.

Nazir əlavə edib ki, görüş zamanı regional təhlükəsizlik məsələsi ilə bağlı səmərəli müzakirələr aparılıb.