Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qazprom” təmir adı ilə Avropanın qazının tamamilə kəsdi - Aİ bunun birdəfəlik olacağından qorxur


Rusiya Avropaya qaz tədarükünü tarixi minimuma endirir: bazar ertəsi gecə “Qazprom” əsas marşrutu – Baltik dənizinin dibi ilə Almaniyaya gedən “Şimal axını” boru kəmərini bağlayır. Səbəb 10 günlük profilaktikadır, lakin Avropa bunun həmişəlik olacağından qorxur və ən pisinə hazırlaşır.





Almaniya artıq isti suya və işığa qənaət edir, indi bütün Avropa fövqəladə tədbirlər elan etməyə hazırlaşır - ayrı-ayrı ölkələr səviyyəsində deyil, birlikdə. Plan bu həftə açıqlanacaq.





"Vəziyyət çox ciddidir və böhran daha da güclənə bilər. Ola bilsin ki, Rusiya qaz tədarükünü azaltmağa davam edəcək", - Avropa Enerji komissarı Kadri Simson bildirib.





Üç il əvvəl “Qazprom” Avropaya sutkada 500 milyon kubmetrə qədər qaz verirdi. Bu ilin may ayında isə bu rəqəm 250 milyon kubmetrə enib. İyulun əvvəlində - 140 milyon, daha az güclü "Türk axını"nın profilaktikası zamanı isə ixrac sutkada təxminən 100 milyon kubmetrə düşüb. Yaxın 10 gündə Avropaya cəmi 75 milyon kubmetr vəd edilib.





Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen keçən həftə Avropa Parlamentinə xəbərdarlıq edib: "Qaz tədarükündə gələcək fasilələrə və hətta Rusiyanın [onu] tamamilə bağlanmasına hazırlaşmalıyıq".




Planın təfərrüatları hələ məlum deyil, lakin iki əsas fikir artıq aydındır. Birincisi, mövcud ehtiyatların və cari ehtiyatların bölüşdürülməsində həmrəylik – bu, böhran qarşısında hamının bərabər olması, varlı ölkələrin kasıblara kömək etməsi üçündür.





İkincisi, tələbin azalması həmrəyliyi: hamı üçün kifayət qədər qaz yoxdursa, nəyə qənaət etmək və ilk olaraq kimin qaz tədarükünün söndürülməsinə razılaşmaq.





Putin enerji "fəlakətilə" hədələdi




Rusiya monopoliyası keçən yaydan bəri, artıq bir ildir ki, qaz klapanını tədricən qapadır. Ötən qışda tədarükün azalması Avropada qıtlığa və qiymətlərdə rekord sıçrayışa səbəb oldu - əvvəlcə qaz, sonra isə hər şey üçün. Bu, Ukraynaya hücumdan əvvəl idi.





İşğalın başlaması ilə Kreml Aİ-yə qarşı enerji müharibəsinin əsas silahı kimi qazı seçdi, çünki Avropa hələlik Rusiya qazından tamamilə imtina edə bilmir, çünki son illərdə iqlim dəyişikliyi ilə mübarizə üçün “çirkli” kömürü və Almaniyada populyar olmayan nüvə enerjisini daha təmiz yanacaqla əvəzləmək ümidi ilə qaz alışını qəsdən artırıb.





Kremlin Aİ-nin boynuna taxdığı qaz ilgəsi Avropa qaz bazarının çökməsinə səbəb olub, burada qiymətlər ötən ilin əvvəlindən səkkiz dəfəyə qədər bahalaşıb.









qaz, bolqarıstan








Rusiya boru kəməri qazına yeganə real alternativ dəniz yolu ilə tankerlərlə daşınan mayeləşdirilmiş təbii qazdır. Əsas təchizatçılar ABŞ və Qətərdir, lakin tədarük məhduddur. Bloomberg Intelligence hesab edir ki, Avropa 2026-cı ilə qədər onun idxalını iki dəfə artıra və ehtiyaclarının 40%-ni ödəyə bilər, lakin bu da hələ kifayət etməyəcək.





“Rusiya qazının mayeləşdirilmiş qazla əvəzlənməsi potensialı demək olar ki, tükənib” – Bruegel tədqiqat mərkəzinin analitikləri də eyni fikirdədir: “Yalnız qaz istehlakının azalması Aİ-yə Rusiyadan tədarükün daha da azalmasının öhdəsindən gəlməyə imkan verəcək”.





Onlar hesab edirlər ki, yaxın 10 ayda istehlak 2019-2021-ci illərin orta göstəricisi ilə müqayisədə 15% azalsa, o zaman Avropa Qazpromsuz da keçinə bilər.





Eyni zamanda, bəzi ölkələr (əsasən qərb və cənubda) ümumiyyətlə qənaət etməli olmayacaq, digərləri isə (əsasən şərq və şimalda) qaza tələbatın 50%-ə qədərini hansısa yolla azaltmalı olacaqlar. Bruegel ekspertləri yazır ki, bu balanssızlıq problemə ümumavropa yanaşmasını tələb edir.