Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qalatasaray” ardıcıl dördüncü dəfə Türkiyə çempionu olub

Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

Turun qalibi "Antalyaspor"u məğlub edən "Qalatasaray" klubu olub.

Belə ki, matçda "sarı-qırmızılılar" 4:2 hesablı qələbə qazanıb. Bununla da klub mövsümün bitməsinə bir həftə qalmış çempionluğu təmin edib.

Beləliklə, komanda 26-cı dəfə Türkiyə çempionu olub.

"Fənərbaxça" isə "Konyaspor"dan üstün olub - 3:0. Nəticədə "sarı-lacivərdlilər" ikinci pillədə qərarlaşıblar.