Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Putinlə danışıqlar üçün imkanlar tükənib”

“Oktyabrın 10-dan etibarən Ukraynanın elektrik stansiyalarının 30%-i sıradan çıxarılıb”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi tviter hesabında yazıb.

“Bu da ölkəboyu elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb oldu. Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün imkanlar tükənib”, - deyə Zelenski qeyd edib.

Xatırladaq ki, Vladimir Putin ötən həftə ölkənin Təhlükəsiz Şurasının üzvləri ilə keçirdiyi iclasda Ukraynanın hərbi idarəetmə, rabitə və energetika obyektlərinə yüksəkdəqiqlikli uzaqmənzilli silahlarla zərbələr endirildiyini açıqlayıb.