Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Putin danışıqlarla bağlı siqnal göndərir” - Zelenski

“Rusiya Prezidenti Vladimir Putinin danışıqlar aparmaq istəməsi ilə bağlı siqnallar alıram”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, bu siqnalları Qərb tərəfdaşları ilə ünsiyyətdə olarkən aldığını bildirib.

Qeyd edək ki, Zelenski Davosdakı çıxışında müharibənin dayandırılması məsələsini həll etmək üçün Rusiya Prezidenti ilə görüşməyə hazır olduğunu açıqlayıb.