Prezident: “Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də gömrük postu olmamalıdır”
14 Dekabr 2021
“Regionda kommunikasiyaların açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd edilib”.
Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, bu, Ermənistan üçün bir növ öhdəlikdir: “Bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılığa gəlmişik. Həmçinin, avtomobil yolunun inşası ilə bağlı razılıq da əldə etmişik. Lakin avtomobil yolunun istiqaməti hələ dəqiqləşməyib. Bu, gələcək müzakirələrin predmetidir. Biz bu axşam üçtərəfli görüşdə mütləq bu məsələni müzakirə edəcəyik. Zəngəzur dəhlizindən istifadə qaydalarına gəlincə, bu, Laçın dəhlizindəki kimi olmalıdır. Çünki üçtərəfli bəyanatda açıq şəkildə göstərilib ki, Laçın dəhlizi vasitəsilə Azərbaycan Ermənistan və Qarabağ arasında əlaqə üçün təhlükəsiz və maneəsiz giriş təmin edir. Ermənistan da Azərbaycan və Naxçıvan arasında maneəsiz girişi və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də gömrük postu olmamalıdır. Əgər Ermənistan yükləri və insanları yoxlamaq üçün gömrük postunun qurulmasında israr edərsə, biz də Laçın dəhlizində eyni israrı edəcəyik. Bu məntiqlidir. Bu məsələdə qərar Ermənistanın üzərinə düşür. Biz iki varianta da hazırıq. Ya hər iki tərəfdə gömrük postu olmur, ya da hər iki tərəfdə gömrük postu qurulur”.