Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşalı siyasətçi Azərbaycana qarşı yalan məlumat yaydığına görə cəza alıb

Polşalı siyasətçi Tomas Leç Buçek Qarabağdakı hadisələrlə bağlı yalan məlumat yaydığına görə Polşada üç ay müddətinə həbs cəzasına məhkum edilib. Buçek, sosial şəbəkələrdə aldığı cəzanı Artsaxdakı fəaliyyəti, erməni əsirlərin azad edilməsi və Ruben Vardanyana dəstək verməklə əlaqələndirib.

2023-cü ilin oktyabrında Buçek Twitter-də Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağdakı "Biz Dağlarıq" abidəsinin dağıdılması əmrini verdiyini iddia edən bir mesaj paylaşmışdı. Bir il əvvəl isə, o, Azərbaycanın hərbi cinayətlərinə dair sübutlara malik olduğunu da iddia etmişdi.