Logo
news content
User
Kateqoriyalar

Xəbər

PKK aprelin sonuna qədər özünü buraxdığını elan edəcək

Türkiyədə fəaliyyəti qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan PKK aprel ayının sonuna qədər özünü buraxmaq barədə qərar qəbul edəcək.

Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik aprelin 21-də jurnalistlərə bildirib ki, cari ay ərzində uzunmüddətli kürd probleminin həllində əhəmiyyətli irəliləyişlər ola bilər. Kürdpərəst DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyasının nümayəndələri isə aprelin 22-də terrorçuluq fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşüblər.

"Məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın aprel ayının sonuna qədər silahlı qarşıdurmanı dayandırmaq və özünü buraxmaq barədə qərar qəbul edəcəyi barədə məlumatlandırılıb", - məqalədə bildirilib.