Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkian xarici işlər və müdafiə nazirlərini seçib, digər postlara da namizədlər müəyyənləşib

İran Prezidenti Məsud Pezeşkian xarici işlər naziri və müdafiə naziri vəzifələrinə müvafiq olaraq Abbas Əraqçi və Əziz Nəsirzadənin namizədliyini irəli sürüb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Pezeşkian İranın neft naziri vəzifəsinə Neft Nazirliyinin keçmiş nazir müavini Möhsün Paknejadın, iqtisadiyyat naziri vəzifəsinə Mərkəzi Bankın keçmiş sədri Abdolnasser Hemmatinin və kəşfiyyat naziri vəzifəsinə isə İsmayıl Xətibin namizədliyinin qanunvericilərin baxılmasına təqdim edib. Xətib əvvəlki hökumətin nazirlik portfelini saxlayan yeganə qurum rəhbəridir.

A.Əraqçı hazırda İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının katibi vəzifəsini tutur. General-mayor A.Nəsirzadə hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavinidir.

İranın 14-cü hökumətinin nazirlərinin siyahısı parlamentin Rəyasət Heyətinə təqdim edilib.