Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pentaqonun xərcləri 150 milyard dollar azaldıla bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil olunan respublikaçılar Pentaqonun xərclərinin 150 milyard dollar artırılmasına çalışacaqlar.

Bu barədə “Politico” nəşri mənbələrə istinadən bildirib.

Onların məlumatına görə, respublikaçılar müdafiə sahəsinin maliyyələşdirilməsi ilə bağlı daha mütəvazi planlardan imtina edəcək və Pentaqonun xərclərinin 150 milyard dollar artırılmasına çalışacaqlar.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi respublikaçıların təklif etdiyi tədbirlər paketini gələn həftə müzakirə edəcək. Lakin nəşrin vurğuladığı kimi, Respublikaçılar Partiyasının üzvləri hələ heç bir palatada müdafiə haqqında qanun layihəsi təqdim etməyiblər.