Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pentaqonda general və admiral vəzifələrinin sayı 20 % azaldılacaq

ABŞ-nin müharibə naziri Pit Heqset ABŞ Silahlı Qüvvələrində general və admiral vəzifələrinin sayını 20 % azaltmağı planlaşdırır.

Bu barədə "Fox News" xidməti sənədlərə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Heqset sentyabrın əvvəlində Quru Qoşunlarında, Hərbi Dəniz Qüvvələrində, Hərbi Hava Qüvvələrində və hərbçilərin birləşmiş kadr ehtiyatında ixtisar planlarını təsdiqləyib. ABŞ Silahlı Qüvvələrinə dəyişiklikləri həyata keçirmək və ixtisarları 2027-ci il yanvarın 1-nə dək başa çatdırmaq tapşırılıb.

Pentaqon rəhbərinin çərşənbə günü Kuantikoda (Virciniya ştatı) silahlı qüvvələrin vəziyyətinə və gələn il üçün prioritetlərə həsr olunmuş çıxışı zamanı planlar barədə rəsmən elan edəcəyi gözlənilir.

Heqsetin əvvəlki sərəncamı vəzifələrin 10 %, həmçinin fəaliyyətdə olan dörd ulduzlu generalların və admiralların sayının 20 %, eləcə də Milli Qvardiya generallarının sayının 20 % ixtisarını nəzərdə tuturdu.